Prezident İdilli kəndində və Hadrut qəsəbəsində: “Görün, necə gözəl mənzərədir” - VİDEO

Prezident İdilli kəndində və Hadrut qəsəbəsində: “Görün, necə gözəl mənzərədir” - VİDEO backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfər ediblər.

Səfər zamanı Prezident və Birinci vitse-prezident Xocavənd rayonunun İdilli kəndində və keçmiş Hadrut rayonunun Düdükçü kəndlərində də olublar.

Qazilər.az bildirir ki, bununla bağlı Mehriban Əliyeva öz “Instagram” səhifəsində paylaşım edib.

Ölkə başçısı bu ərazilərin Müzəffər Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edildiyini vurğulayıb.

Daha sonra ölkə başçısı qartopu oynayıb.