Xəbər verdiyimiz kimi, ötən gün media orqanları, QHT rəhbərləri, bloqerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam rayonunda səfərdə olublar.
Yenisabah.az xəbər verir ki, geniş heyətlə azad olunmuş ərazilərə daha bir səfər planlaşdırılır. Bu dəfə səfərə Ağdama gedən heyətdə yer almayan və bunu narazılıqla qarşılayan media nümayəndələri və ictimai fəallar aparılcaq. Səfərin hansı tarixdə baş tutacağı hələlik bəlli deyil.Qeyd edək ki, ötən gün Ağdama təşkil olunmuş səfərdə media və QHT nümayəndələri, ictimai fəallardan ibarət 150 nəfər iştirak edib.