Türkiyə-Azərbaycan jurnalının Vətən müharibəsinə həsr edilmiş xüsusi nömrəsi çapdan çıxıb

Türkiyə-Azərbaycan jurnalının Vətən müharibəsinə həsr edilmiş xüsusi nömrəsi çapdan çıxıb backend

Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycandakı aktual və əhəmiyyətli mövzuları, iki dövlət arasındakı əlaqələri Türkiyə və dünya ictimaiyyətinə bəyan etməyi hədəfləyən “Türkiyə-Azərbaycan” jurnalının Vətən müharibəsində əldə edilmiş tarixi qələbəyə həsr olunan xüsusi nömrəsi çapdan çıxıb.

Diasporla İş Üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirlib ki, jurnalda Vətən müharibəsi ilə bağlı informasiyalar, Zəfər paradından görüntülər, Azərbaycan diasporunun Vətən müharibəsi dövründə fəaliyyəti və digər məsələlər öz əksini tapıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin maddi və informasiya dəstəyi ilə çap olunan jurnalın əsas hədəflərindən biri də möhtərəm cənab Prezident İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” çağırışına və cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan ilə Türkiyə güclü qardaşlıq və qohumluq telləri ilə bir-birinə bağlı iki dövlətdir” fikrinə əsaslanaraq türkdilli dövlətlərin diasporlarının birliyinə nail olmaqdır.
Qeyd edək ki, Türkiyə-Azərbaycan jurnalı Diasporla İş üzrə Dövlət Komitəsi və Ajans Turka Strateji Araşdırma Mərkəzi arasında imzalanmış müqaviləyə uyğun olaraq 2019-cu ildən nəşr edilir. Jurnal Azərbaycanda, Türkiyədə və bu ölkələrin diasporlarının fəaliyyət göstərdiyi digər dövlətlərdə pulsuz paylanılır.
Jurnalın bütün nömrələrini aşağıdakı internet ünvanından və sosial şəbəkə səhifələrindən də izləmək mümkündür:

https://www.turkiyeazerbaycan.com/

https://www.facebook.com/TurkiyeAzerbaycanDergisi/

https://twitter.com/trazdergisi

https://www.instagram.com/turkiyeazerbaycandergisi/


Diaspora