Qarabağ (keçmiş və qondarma “dqr” nəzərdə tutulur – red.) öz “silahlı qüvvələrini” saxlayır.
Axar.az xəbər verir ki, bunu keçmiş və qondarma “dqr”in “təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyan deyib.“Heç kim düşünməsin ki, Qarabağda “silahlı qüvvələr” olmayacaq. Qarabağda daha mobil, daha döyüş qabiliyyətli silahlı qüvvələr var, olub və olacaq”, - Balasanyan bildirib.
Separatçı onu da bildirib ki, Qarabağ öz imkanları daxilində mövcud problemlərin güc yolu ilə həll olunmasına imkan verməyəcək.
Balasanyan daha da irəli gedərək, Qarabağın erməni subyekti qismində qalacağı haqda ermənilərə növbəti əfsanə uydurub.
Qeyd edək ki, erməni separatçı tör-töküntüləri və terrorçu-ideoloqları məhz bu cür şovinizmlə xalqının beynini zəhərləyib və erməniləri bütün qonşularının torpağına göz dikən münaqişə mənbəyinə çevirib. Nəticədə Qafqazlarda artıq ermənilərin yaşaması üçün psixoloji imkan belə qalmayıb.