Azərbaycanın Ağdam şəhəri Ermənistan ordusu tərəfindən tamamilə məhv edilİb, sözün əsl mənasında yer üzündən silinib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko “Tvitter” hesabında yazıb.Ekspert xarabalığa çevrilmiş Ağdam Dövlət Dram Teatrından foto paylaşaraq qeyd edib:
“Atom bombasından sonra olduğu kimi tamamilə xarabalıqdır. Bu barbarlığı edənlər mühakimə olunmalıdırlar".