Vətən müharibəsində şəhid olan kiçik çavuş Sabirabadda dəfn edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Vətən müharibəsində şəhid olan kiçik çavuş, MAHHXHQ, 20 yaşlı Anar Siyavuş oğlu Nurullayev rayonun Osmanlı kəndində dəfn edilib.Qeyd edək ki, Anar Nurullayev sentyabrın 30-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin!