Mühüm əhəmiyyətli yol Azərbaycana verilir -Erməni KİV-ləri açıqlama yaydı

Mühüm əhəmiyyətli yol Azərbaycana verilir -Erməni KİV-ləri açıqlama yaydı backend

Ermənistan Gorus şəhərindən David Bek (Zeyvə) kəndinə gedən yolun 21 kilometrlik hissəsini Azərbaycana təhvil verəcək.

Qaziler.az Oxu24.com-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın "Qraparak” qəzeti məlumat yayıb. Qəzet iddia edib ki, bu barədə Bakı və Yerevan razılıq əldə edib.

"Sənəddə bu barədə açıq yazılmasa da, ikitərəfli razılaşmaya görə, yolun bu hissəsi Azərbaycan və Ermənistan tərəfindən 3 il ərzində birgə istifadə olunmalı, Rusiya sülhməramlıları isə yolun təhlükəsizliyinə cavabdehlik daşımalıdır.

Bu razılaşma Ermənistan baş naziri və müdafiə nazirinin birbaşa iştirakı ilə əldə olunub”- deyə qəzet yazır.

Xatırladaq ki, Gorus-Zeyvə yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir.

Diaspora