Reza Deqatidən “İsti su” ilə bağlı paylaşım – FOTO

Reza Deqatidən “İsti su” ilə bağlı paylaşım – FOTO backend

Məşhur fotoqraf Reza Deqati Kəlbəcərdəki "İsti su" ilə bağlı paylaşım edib.

Bu barədə fotoqraf “Instagram” hesabında yazıb.

“Minlərlə xəstəliyin müalicəsi.

Kəlbəcərin yerli adı “İsti su” olan müalicəvi su mənbələri qədim zamanlardan bəri milyonlarla insan üçün ən yaxşı istirahət yeri olub. Sovet dövründə bu bölgə müxtəlif isti su mənbələri ilə ən çox bəyənilən təbii sağlamlıq sanatoriyalarından biri idi.

Erməni qüvvələrinin işğalı altında qalan 28 il ərzində bütün bu ərazilər viran qalıb. Burada qarın altında və -6 dərəcə şaxtada qaldığımız müddətdə mən və köməkçim Anar üçün “İsti su” qaynar hamam və təraş yeri oldu.

Dağların və təbii sərvətlərin gözəlliyi valehedicidir. Bu ərazinin tezliklə dünya səviyyəli istirahət ocağına çevriləcəyini bir yerə qeyd edin” – deyə o bildirib. (oxu.az)



Diaspora