Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.Qeyd edilib ki, sülhməramlılar 27 müşahidə məntəqəsində gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur:
"Rus sülhməramlıları sakinlərin daimi yaşayış yerlərinə qayıtmalarını, mülki nəqliyyat vasitələrinin hərəkətini, ərzaq və müxtəlif malların Laçın dəhlizi ilə daşınmasını təmin edir".
Məlumata görə, 14 noyabr 2020-ci ildən indiyədək 52 415 nəfər Dağlıq Qarabağa qayıdıb.
Rusiya sülhməramlı kontingenti pozuntuların və müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq üçün müntəzəm olaraq döyüş hazırlığı və təlimlər keçirlər. Bütün müşahidə məntəqələrinin hərbi personalı atıcı silahlardan və qəlpələrdən qorumaq üçün hazırlanmış istehkamlarla təchiz olunub. (azvision.az)