Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu və Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib."Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur", - deyə qeyd olunub.
***13.25
Azərbaycan Ordusunun hərbçisi Tərtərdə minaya düşüb.
Qaziler.az xəbər verir ki, polkovnik-leytenantı Kamil Duniyev Suqovuşanda minaya düşüb.
Ağır xəsarətlər alan K. Duniyev hərbi hospitala yerləşdirilib.
Araşdırma aparılır.