İrəvandan gələn fransalı jurnalistlərə Laçında xoşagəlməz sürpriz: “İcazəni Azərbaycandan alın!”

İrəvandan gələn fransalı jurnalistlərə Laçında xoşagəlməz sürpriz: “İcazəni Azərbaycandan alın!” backend

“Bir neçə gün əvvəl Fransadan keçmiş merlərdən birinin rəhbərliyi ilə bir qrup jurnalist və ictimai xadim Qarabağa getmək və burada baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana səfər edib”.

Bu sözləri öz “Telegram” hesabında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan yazıb.

Onlar rəsmi şəkildə akkreditə olunub və Xankəndiyə yola düşüblər. Laçında onları sülhməramlılar saxlayıb və haraya getdiklərini soruşublar.

Jurnalistlər akkreditasiyalarını göstərib, Qarabağa getdiklərini söyləyəndə, sülhməramlılar bunun mümkün olmadığını, onların Azərbaycan ərazisinə getdiklərini və Ermənistandakı akkreditasiyanın etibarsız olduğunu bildiriblər:

“Əgər getmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin”.

Edəcək bir şeyi qalmayan nümayəndə heyəti İrəvana qayıdır və Fransa səfirinə məsələni bildirir. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi şəkildə Nikol Paşinyanla əlaqə yaradır və nə baş verdiyini anlamağa çalışır. Cavabında isə Nikol yanvarın 11-də beynəlxalq mətbuat nümayəndələrinin Azərbaycanda akkreditasiyadan keçməli olması barədə razılıq əldə olunduğunu bildirir və ümumiyyətlə bu məsələyə qarışmamağın daha yaxşı olacağını qeyd edir.

Conatan Lakotun isə susmaqdan başqa çarəsi qalmayıb.

Beləliklə, Azərbaycanın bütün müstəvilərdə Ermənistana göstərdiyi təzyiq və edilən sərt xəbərdarlıq, İrəvan üçün qorxu yaradan “dəmir yumruq” təhlükəsi erməni hökumətinin ağlını başına gətirib.

Tarixi ədaləti bərpa edən Azərbaycanın bundan sonra Ermənistanın hər hansı bir təxribatına göz yummasından söhbət belə gedə bilməz. Elə son aylar baş verənlər də, onu göstərir ki, Azərbaycan qarşı tərəfin bütün fəaliyyətini diqqətlə izləyir və zamanında müdaxilələr edir. Üstəlik, bütün hallarda şərtləri diqtə edən tərəf də Azərbaycandır.

Oxu.az
Diaspora