Diplomatik korpusun nümayəndələri Zəngilana səfər ediblər

Diplomatik korpusun nümayəndələri Zəngilana səfər ediblər backend

Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri fevralın 6-da Ermənistan işğalından azad olunmuş Cəbrayıl rayonundan sonra Zəngilana səfər ediblər.

Trend-in məlumatına görə, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdır.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət ediblər.

Daha sonra Zəngilan şəhərində ermənilər tərəfindən dağıdılmış məscidlə tanış olublar.

H.Hacıyev məscidin tarixindən və bu torpaqların Ermənistan tərəfindən işğalı zamanı necə dağıldığından danışıb, ermənilərin donuz, at və digər ev heyvanlarını saxlamaq üçün dini obyektlərindən istifadə etdiklərini vurğulayıb.

Prezident köməkçisi qeyd edib ki, işğal müddətində ermənilər burada qanunsuz məskunlaşma keçirmək üçün əcnəbiləri Zəngilana gətirdilər ki, bu da hərbi cinayətlərdən biridir.

H.Hacıyev dağıdılmış ərazilərin bərpasına artıq başlanıldığını və burada bərpa prosesində ağıllı şəhərlər konsepsiyasının tətbiq ediləcəyini söylədi. Prezident köməkçisi əlavə edib ki, Azərbaycan üçün xoş olar ki, xarici tərəfdaşları bu prosesdə iştirak etsinlər.


Diaspora