Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Vətən müharibəsində şəhid olan əsgəri Bayramlı Tural Ədil oğlu barədə məlumat yayıb.
Qaziler.az xəbər verir ki, 10.02.1996-cı ildə Cəbrayıl rayonunda (Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsi) doğulan T.Bayramlı 07.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.Allah rəhmət eləsin!
