Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini Mövlüd Karakaya, Ülkü Ocaqlarının rəhbəri Ahmet Yiğit Yıldırım və Isparta bələdiyyəsinin sabiq sədri Yusuf Ziya Azərbaycana səfər edəcəklər.
APA-nın xəbərinə görə, bu barədə MHP-nin yaydığı məlumatda bildirilib.Qeyd olunub ki, qonaqlar ilk olaraq paytaxt Bakı şəhərində bir sıra görüşlər keçirəcəklər.
Onlar daha sonra azərbaycanlı rəsmilərlə Şuşada araşdırma aparacaq və orada inşa ediləcək məktəbin yerini müəyyənləşdirəcəklər.
Qeyd edək ki, MHP sədri Dövlət Baxçalının göstərişi ilə Şuşada "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi" tərəfindən Üzeyir Hacıbəyovun adını daşıyan məktəbin inşa edilməsi təklif edilib.