Almaniyanın XİN rəhbəri: "Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"

Almaniyanın XİN rəhbəri: "Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var" backend

"Dağlıq Qarabağda qalıcı həllə ehtiyacımız var"

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Almaniyanın Xarici İşlər naziri Hayko Maas ölkəsinin Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində AŞPA-nın qış sessiyasındakı çıxışında deyib.

O bildirib ki, Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində prosesə öz töhfəsini verməyə, məsələnin həll yolu tapılmasına kömək etməyə hazırdır.

“Biz ATƏT-in Minsk qrupu və Şərq Tərəfdaşlığı kontekstində Aİ tərəfdaşlarımızla hər iki ölkənin razılılığa gələ bilməsi ümidi ilə işbirliyimizi davam etdiririk”, - deyə H.Maas bildirib.

“Sülhün əldə edilməsindən sonra da hər iki ölkənin üzləşdiyi çətinliklər olub. Prosesdə hər hansı bir irəliləyiş iki ölkənin bir-biri ilə dialoqa girmək üçün göstərəcəyi iradədən asılı olacaq və biz bu prosesi əlbəttə ki, dəstəkləyirik. Bilirik ki, proses hər iki ölkədə və regionda stabilliyə öz təsirini göstərir".
Diaspora