4 ay sonra gələn acı xəbər - Ailəsi şəhid leytenantımızla belə vidalaşdı REPORTAJ

4 ay sonra gələn acı xəbər - Ailəsi şəhid leytenantımızla belə vidalaşdı REPORTAJ backend

Leytenant Elvin Şükürlü ilə vida mərasimi əvvəlcə doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndində keçirilib.

Daha sonra şəhidimizin nəşi Bakıya gətirilib. 23 yaşlı şəhidimizlə evində vida mərasimi keçirilib.

Ardınca şəhidimizin nəşi torpağa tapşırılmaq üçün II Fəxri Xiyabana aparılıb.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, rayon polis idarəsinin və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.

Dəfn mərasimində həmçinin şəhidimizin atası Azad Şükürlünün döyüş yoldaşı olmuş ehtiyatda olan polkovnik Şair Ramaldanov da iştirak edib.

Qeyd edək ki, Elvin Şükürlü Vətən Müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdən sonra itkin düşmüşdü. (musavat.com)

Diaspora