Son savaşda Azərbaycana atəş açan bu odsaçan raket qurğusu hələ də Xankəndindədir?..- FOTO

Son savaşda Azərbaycana atəş açan bu odsaçan raket qurğusu hələ də Xankəndindədir?..- FOTO backend

"Bu informasiyanın dəqiq olub-olmamasını Rusiya sülhməramlıları daha yaxşı bilər..."

Hərbi əməliyyatlar bitdikdən sonra “TOS-1A” ("Solntsepyok") sistemi hələ də Azərbaycanın Xankəndi şəhərindədir.

Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumat və fotolardan belə bəlli olur.

“Hərbi əməliyyatlar bitdikdən sonra Stepanakertdə Artsax müdafiə ordusunun “TOS-1A” "Solntsepёk". "Solntsepek" Artsaxdakı döyüş əməliyyatları zamanı fəal şəkildə istifadə edildi və Türkiyə-Azərbaycan koalisiya qüvvələrinin dayaq məntəqələri və canlı qüvvəsini məhv etdi” –ermənilərin yaydığı məlumatda belə deyilir.

P.S. Bu informasiyanın dəqiq olub-olmamasını 10 Noyabr razılaşmasına əsasən keçmiş Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan Respublikası ərazilərindəki erməni silahlı qüvvələrini tərksilah edərək sərhədlərimizdən xaric etməli olan Rusiya sülhməramlıları daha yaxşı bilər...
Diaspora