Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə səfərlə bağlı növbəti paylaşım edib.
Qazilər.az xəbər verir ki, videogörüntülərdə dövlət başçısı Xocavənddə olduqlarını bildirib:"Bura Azərbaycandır. Xocavənd rayonu, Böyük Tağlar kəndinin ərazisi. Baxın, necə də gözəldir bizim ölkəmiz. Bütün bu əraziləri qəhrəman Azərbaycan Ordusu işğaldan azad edib".
Paylaşımı təqdim edirik.