Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün heykəlləri Şuşaya qaytarılıb - FOTO

Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün heykəlləri Şuşaya qaytarılıb - FOTO backend

Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heykəllərin açılışını edib.