Vətən müharibəsində şəhid olan Cəlal Bayramov Saatlıda dəfn olunub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonu Çolpu kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Cəlal Yaqub oğlu 2020-ci il 29 sentyabrda Səfərbərlik Xidmətinin çağırışı ilə cəbhə bölgəsinə yollanıb. Oktyabrın 27-də Laçının Arpagədik kəndində ailəsi ilə danışıb və ondan sonra itkin düşüb.Cəlal Bayramovun şəhid olduğu yanvarın 13-də ailəsinə xəbər verilib.
DNT analizi vasitəsi ilə nəşin Cəlal Bayramova məxsus olduğu identifikasiya edilib.
Şəhid Saatlının Çolpu kəndində dəfn olunub.
Allah rəhmət eləsin!








