Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Söhbət 27 yaşlı əsgər Cəlal Yaqub oğlu Bayramovdan gedir.İki aydan artıqdır ki, ailəsinin xəbər ala bilmədiyi Cəlalın şəhid xəbəri gəlib. O, bu gün Saatlıda torpağa tapşırılacaq.
Qeyd edək ki, Cəlal Bayramov ötən il sentyabrın 29-da Saatlı rayonu Səfərbərlik Xidmətinin çağırışı ilə təlimə yollanıb. Əvvəlcə Gəncə şəhərində təlimdə olub. Ondan sonra onları qruplara ayıraraq cəbhəyə göndəriblər. Cəlal sonuncu dəfə Laçında ikən ailəsi ilə əlaqə saxlaya bilmişdi (qafqazinfo).