Son sutka ərzində Qarabağa daha 218 erməni qaytarılıb.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumat Rusiya MN-nin Qarabağla bağlı günlük hesabatında əksini tapıb.Bildirilib ki, bütövlükdə 14 noyabrdan bəri Qarabağa rus sülhməramlılarının qaytardığı ermənilərin sayı 48.459-a çatıb.
Rus sülhməramlıları ermənilərin İrəvandan təhlükəsiz gətirilməsi, yerləşdirilməsi, onlara humanitar yardım və mülki infrasturkturun bərpası ilə məşğuldurlar.
İndiyədək Qarabağda ruslar 479,2 hektar sahəni, 182,8 km yolu, 710 evi minalardan təmizləyib.