Şurnux kəndində 12 evin olduğu ərazi Azərbaycana qaytarıldı

Şurnux kəndində 12 evin olduğu ərazi Azərbaycana qaytarıldı backend

Erməni tərəfi ölkənin cənub-şərqindəki Sünik rayonunun Şurnux kəndində 12 evin olduğu ərazini Azərbaycana qaytarıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində ərazi Azərbaycanın nəzarətinə qaytarılıb. Tərk edilmiş evlərin sahibləri qohumlarının yanına köçüb.

Azərbaycanlı hərbçilər kəndin girişində artıq nəzarət məntəqəsi yaradıblar.

Oxu.az
Diaspora