Bu il Azərbaycan üçün çox fərqli bir il olacaq. Azərbaycan yola saldığımız 2020-ci ildə işğal altındakı torpaqlarını azad edərək böyük zəfər qazanıb.
Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərtac-a müsahibəsində söyləyib.Səfir əminliklə bildirib ki, işğaldan azad olunmuş Azərbaycan torpaqları sürətlə yenidən qurulacaq və orada qısa müddətdə həyat canlanacaq.