Vikipediyanın ingilis dili bölməsində qeyd olunan bir məqalədə Sultan Murad və Həmzə diviziyalarının Azərbaycan tərəfdən Qarabağda Vətən müharibəsi zamanı döyüşdüyü qeyd edilib. Məqalədə guya 2580 nəfər suriyalının bizim tərəfdən döyüşməsinin “dəlili” kimi Suriyada dərc edilən hansısa saytın “gizli mənbəsi”nə istinad edilib.
Qazilər.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə bildirib ki, Vikipediya qaydalarına görə, mediadakı hansısa məlumat fakt kimi qəbul edilmir:“Vikipediyaya fakt kimi yanaşmaq doğru olmaz. Vikipediyaya mənbələr toplusu kimi yanaşmaq lazımdır”.
O qeyd edib ki, məqaləni redaktə etməyi planlaşdırır:
“İstinad mənbəyi olaraq məqalədə “Syrian observatory for human rights” göstərilib. Bu, Suriya vətəndaş müharibəsi ilə bağlı ətraflı məlumat yayan və bir neçə ildir fəaliyyət göstərən saytdır”.