Azərbaycan Silahlı Qüvvələrinin hərbi bölmələri Ermənistanın cənub-şərqindəki Zəngəzur (Sünik) vilayətinin Şurnux kəndinə daxil olublar.
Qazilər.az Modern.az-a istinadla xəbər verir ki, Şurnux kəndinin icma rəhbəri Akop Arşakyan sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri yanvarın 2-də rusiyalı sülhməramlıların müşayiətilə artıq kənddə post qurublar."Hər şey bitdi. Azərbaycan hərbçiləri kəndi nəzarətə götürdü. Kənddə artıq post qoyulub. Bizə kəndi tərk etmək üçün yanvarın 5-nə qədər vaxt verilib. Bu vaxtdan sonra Şurnuxda heç kim qalmamalıdır”,-deyə Arşakyan bildirib.
Dekbarın 24-dən Şurnux kəndinin ərazisində delimitasiya işləri aparılır. Ermənilər kəndin onlara məxsus olduğunu idda etsələr də, köhnə xəritədə bu kəndin vaxtilə Azərbaycan ərazisi olduğu qeyd edilib.