1992-ci ildə mən Şuşadan çıxanda şəhər mühasirəyə alınmışdı. Çox çətin yollarla çıxmalı oldum.
Trend-in məlumatına görə, bunu dünyaca məşhur fotojurnalist Reza Deqati deyib.Fotoqraf bildirib ki, Şuşadan çıxmazdan əvvəl məni müşayət edən döyüşçülərlə sonuncu çayı içmək istəmişdim:
"Nəhayət Şuşa azad olunduqdan sonra 28 dekbarda yenidən bura qayıtdım. Azad Şuşada ilk çayımı da şəhərin ən hündür yerində əsgərlərlə içdim".



