Qənirə Paşayeva şəhid Rahid Sadıxovun atası ilə görüşüb

Qənirə Paşayeva şəhid Rahid Sadıxovun atası ilə görüşüb backend

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva və RHİMİB sədri A.Bağırova qəhrəman şəhidimiz Rahid Sadıxovun atası Vahid Sadıxovla görüşüblər, qəhrəman şəhidlərimiz qarşısında baş əyirik deyiblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Hişkədərə (Saray qəsəbəsi) sakini, şəhid əsgər Rahid Sadıxovun atası Vahid Sadıxovla görüşüblər.

Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısınız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə, öz el-obasına deyil, bütün Azərbaycana, dünya azərbaycanlılarına əzizdir, doğmadır.

Biz bilirik ki, sizin oğlunuz

Vətən Müharibəsindən mərdliklə vuruşub, 28 oktyabrda Suqovuşanda şəhid olub.

İgid oğlunuz, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal Rahidə, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

Rahid kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

Şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar təqdim edilib.
Diaspora