Vətən müharibəsində şəhid olan Rəşad Taryel oğlu Aslanov bu gün doğulduğu Goranboy rayonunun Qarqucaq kəndində torpağa tapşırılıb.
Qazilər.az Modern.az-a istinadla xəbər verir ki, o, itkin düşmüş hesab olunan hərbi qulluqçular arasında olub.Qeyd edək ki, kəşfiyyatçı Rəşad Aslanovun son döyüşü Murov zirvəsi uğrunda olub. Sentyabrın 29-dan ailəsi ondan xəbər tutmayıb. Dekabrın 26-da Rəşadın şəhid xəbəri gəlib.
Allah rəhmət eləsin!