Rusiya hökumətindən Qarabağdakı sülhməramlılara əlavə ödənişlər

Rusiya hökumətindən Qarabağdakı sülhməramlılara əlavə ödənişlər backend

Rusiya hökuməti Dağlıq Qarabağda hərbi vəzifələrini yerinə yetirən sülhməramlılarına ödənişlər üçün əlavə büdcə vəsaitləri ayırıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Rusiya Müdafiə nazirinin müavini Tatyana Şevtsova bildirib.

O, Qarabağdakı sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyətə əlavə ödənişlərin nəzərdə tutulduğunu qeyd edib. "Onlar ikiqat maaş alacaqlar", - Şevtsova deyib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsi Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnib. Hərbi əməliyyatlarda ard-arda məğlubiyyətə uğrayan işğalçı Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Azərbaycanın bir sıra şəhər və rayonlarını, kənd və qəsəbələrini tərk etməyə məcbur olublar. Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları bəyanata əsasən Qarabağda hərbi əməliyyatlar dayandırılıb. Bəyanata əsasən noyabrın 15-də Kəlbəcər, 20-də Ağdam, dekabrın 1-də Laçın Azərbaycana qaytarılıb.
Diaspora