“Boraltan faciəsinin günahkarları Qarabağ zəfərini həzm edə bilmirlər. Bu düşüncəyə sahib insanların rəhbərliyə altında olanda əlinə düşən bütün fürsətləri qaçıran Türkiyə, inşallah, bir daha eyni vəziyyətə düşməyəcək”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.“Ölkəmizin nə Şərqdən, nə də Qərbdən üzdöndərmək niyyəti yoxdur. Avropa və ABŞ ilə münasibətlərimizi inkişaf etdirərkən türk dünyasını, Asiyanı, Latın Amerikasını, Afrikanı əsla gözardı edə bilmərik”, - o vurğulayıb.
Qeyd edək ki, Boraltan hadisəsi 1944-cü ildə baş verib. Rəsmi Ankara 100-dən çox azərbaycanlını SSRİ-yə təslim edib. Nəticədə onlar kommunist rejimi tərəfindən yerindəcə güllələnib.