Ermənilər Hadrut və Cəbrayıl ərazisindən daha 14 hərbçinin meyitini tapıblar.
Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə axtarış işlərində iştirak edən Qarabağ separatçısı Unan Tadevosyan bildirib. Onun sözlərinə görə, bu gün Hadrutda -2, Cəbrayılda-2, Xocavənddə - 1 dəstə işləyir və axtarışlar davam etdirilir.Bu günədək Qarabağ erməniləri qanunsuz silahlı birləşmənin 1061 üzvünün meyitini döyüş bölgəsindən götürüblər.