Rusiya Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən sülhməramlı missiyasının 17 dekabra olan yeni xəritəsini açıqlayıb.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, yenilənmiş xəritə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı missiya ilə bağlı yaradılmış bölməsində yerləşdirilib.Yenilənən xəritədə Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi təqdim olunub.
Bundan başqa rus sülhməramlılarının şimalda Tərtər rayonu istiqamətində nəzarəti bir az genişləndirdiyi aydın görünür.