İşğaldan azad olunmuş Ağdam rayonunda FHN-in yerli strukturu fəaliyyətə başlayıb

İşğaldan azad olunmuş Ağdam rayonunda FHN-in yerli strukturu fəaliyyətə başlayıb backend

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.

Nazirlikdən verilən məlumata görə, Ağdam rayonu, Qızıl Kəngərli kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.
Diaspora