60 nəfər erməni hərbçisi Hadrutun Çalaqqala kəndi yaxınlığında itkin düşüb.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejimin “ombudsman”ı Artak Beqlaryan bildirib."Yeni erməni əsirləri ilə bağlı məlumat almaq üçün müvafiq qurumlarla və hərbçilərlər əlaqə saxlamışam. Əldə etdiyim ilkin məlumatlara görə, Hadrut rayonunun Xsaberd (Çalaqqala) kəndi yaxınlığında 60 nəfər hərbçidən ibarət qrup yoxa çıxıb.Azərbaycanlıların yayımladığı videoya baxın", - deyə Beglaryan əlavə edib.
O qeyd edib ki, bu yolverilməzdir və bu hadisə araşdırılmalı, məsuliyyət daşıyanlar cəzalandırılmalıdır.
Beqlaryanın dediklərini separatçı rejimin rəhbəri Araik Arutyunyan da təsdiqləyib. “Hazırda Müdafiə Nazirliyi bu məsələnin araşdırılması ilə məşğuldur. Mən şəxsən çalışacam ki, bu işdə günahı olanlar tapılıb cəzalandırılsınlar”, - deyə o bildirib.