Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda sülhməramlı qüvvələrin olduğu ərazilərin əks olunduğu xəritəyə yenidən düzəliş edib.
Qazilər.az Trend-ə istinadla xəbər verir ki, yeni xəritədə Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərinin yenidən Azərbaycan Ordusunun nəzarətində olan ərazilər kimi göstərilib.
