Erməni mediası Ordumuzun Kəlbəcərdə hərbi hissə qurmasını əks etdirən görüntülər paylaşıb.
Yenisabah.az xəbər verir ki, ermənilər Azərbaycan Ordusuna məxsus hərbi texnikaların Cermux kəndinin bir neçə kilometrliyinə yaxınlaşdığını bildirib.Yerli media qeyd edib ki, Azərbaycan Ordusunun yeni hərbi hissəsi Cermuxun bir neçə kilometrliyində qurulur.
Ermənistan MN isə Azərbaycanın öz ərazisində hərbi hissəni istənilən yerdə qurmaq haqqının olduğunu və burda qeyri-adi nəsə axtarmaq lazım gəlmədiyini sakinlərə elan edib.