Qazax rayonunda Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tural Məmmədovla vida mərasimi keçirilib.
Qazilər.az "Report"a istinadla xəbər verir ki, Qazax rayonunun Qızılhacılı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Tural Elxan oğlu Murovdağ istiqamətində döyüşüb. Müharibənin ilk günlərindən ailəsi ilə əlaqəsi kəsilən hərbçimizin şəhid olduğu müəyyənləşib. Onun nəşi bu gün doğulduğu Qazax rayonuna gətirilib və yaxınlarının, rayon sakinlərinin iştirakı ilə Qızılhacılı kənd qəbiristanlığında torpağa tapşırılıb.T.Məmmədov ailəli idi, üç yaşlarında əkiz bir oğlu və bir qızı yadigar qaldı.
Allah rəhmət eləsin!