44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz doğma dədə-baba torpaqlarına qovuşub. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.
Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də 21 yaşlı Mahmud Cavadov olub.İctimai Televiziya şəhidimiz barədə süjet hazırlayıb.
Onun anası Səkinə İbrahimova bildirib ki, oğlu müharibəyə həvəslə gedib:
“Yola salanda onda vüqar var idi. Ana qəlbidir də... Belə bir hiss vardı ki, bəlkə, bu axırıncı görüşdür?”
Süjeti təqdim edirik: