Sosial şəbəkələrdə Dilqəm Əsgərovun Kəlbəcər rayonunun Şaplar kəndində yaşadığı evin görüntüləri yayılıb.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov görüntülərdə göstərilən evdə atası Dilqəm Əsgərovun dünyaya gəldiyini və uzun illər bu evdə yaşadığını deyib.Qeyd edək ki, Dilqəm Əsgərov, Şahpaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarını ziyarət etmək istəyərkən ermənilər tərəfindən Kəlbəcərdə girov götürülüb. H.Həsənov orada ermənilər tərəfindən öldürülüb.