Şuşaya bayraq sancan baş gizir Yaşar Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib
Qaziler.az bildirir ki, Azərbaycan Ordusunun Şuşa şəhərini erməni işğalçılarından azad etdikdən sonra şəhərin İcra Hakimiyyətinin binasına Azərbaycan bayrağını sancan qəhrəman gizirimiz Yaşar Əhəd oğlu Hüseynova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında imzaladığı sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Onlardan biri Yaşar Hüseynovdur.
Qeyd edək ki, Yaşar Hüseynov işğaldan azad edilən Ağdam şəhərində doğulub.