Cəlilabad rayonunda şəhid gizir, 1991-ci il təvəllüdlü Həsənov Namiq Rasim oğlu dəfn edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhidlə əvvəlcə doğulduğu evdə vida mərasimi keçirilib.Daha sonra şəhid doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı yaxınlarına təqdim edilib.
Dəfn mərasimində rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak ediblər.
Allah rəhmət eləsin!