Şəhidin son arzusu: “Cəbrayılda “palatka” toyu edəcəm”

Şəhidin son arzusu: “Cəbrayılda “palatka” toyu edəcəm” backend

Rüstəmovlar ailəsi doğma torpaqları Cəbrayıldan 1993-cü ilin avqustunda köçkün düşüb.

Əvvəlcə, ozamankı Əli Bayramlı şəhərində məskunlaşan ailə daha sonra Bakıya köçüb. Hər cür çətinlikdən, sınaqdan keçərək iki oğul böyüdüblər. İllər sonra həmin övladlardan birini elə çıxdıqları torpaqlar uğrunda şəhid veriblər.

ARB Xəbərdə şəhidlə bağlı geniş süjet yayımlanıb.

Şəhid anası Aidə Haqverdiyeva bildirir ki, Vüsal Rüstəmov Cəbrayıldan altı aylığında qucağında çıxıb:

“28 ildə yaşadığı ömrü torpaq uğrunda yaşadı. 28 ildəki arzularımızı tank üstündə həyata keçirdi. Oğlumla fəxr edirəm. Gələcəm, atama de ki, hazırlaşsın. Gedib Cəbrayılda, Alakoxalıda “palatka” toyu edəcəm. Mənimlə fəxr edəcəksiniz. Mən sizin başınızı uca edəcəm. Elədi də. Dedi ki, ana, mən şəhid olmaq istəyərəm. Şəhid olmaq fəxrdir. Allah o şəhidliyi mənə də qismət eləsin. O, hər adama qismət olmur”.

Diaspora