Silahlı Qüvvələrimizin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi Qələbəyə qovuşdu.
Otuz ilə yaxın işğalda qalan torpaqlarımızda artıq müvafiq təhlükəsizlik tədbirləri görülür.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın Fərmanına uyğun olaraq komendant rejimi elan edilib və daxili işlər nazirinin əmri ilə rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.
Rayon polis şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.





