Cəsur kəşfiyyatçının məzari tapıldı - FOTO

Cəsur kəşfiyyatçının məzari tapıldı - FOTO backend

Cəsur kəşfiyyatçı İdris Hümbətovun qəbri Ağdam rayonunun Əliağalı kəndində işğal altında idi. Ağdam işğaldan azad edildikdən sonra şəhid kəşfiyyatçının oğlu atasının qəbrini tapıb. Ağdam torpağına tapşırılan şəhidin məzarı uzun illərdən sonra səliqəyə salınaraq ziyarət edilib.

Qazilər.az xəbər verir ki, bu barədə cəsur kəşfiyyatçının oğlu Vüqar Hümbətov şəkil paylaşıb.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu qeyd edib ki, vaxtiylə İdris Hümbətovla bir yerdə döyüşüb və o,1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı ilk Ərazi Özünümüdafiə batalyonunda kəşfiyyatçı olub: “Həmin illərdə qrupla birlikdə xeyli sayda çox mühüm kəşfiyyat tapşırıqlarını yerinə yetirib. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin”.


Qazilər.az
Diaspora