"Bir şəhidimizə görə ermənilərin ordusunu qırmağa hazır idik"

"Bir şəhidimizə görə ermənilərin ordusunu qırmağa hazır idik" backend

Azərbaycanın 44 günlük Vətən müharibəsində öz döyüş şücaəti ilə seçilənlərdən biri də Ağakişiyev Kamran Cavanşir oğludur.

Kamran 1998-ci ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olub. 2013-cü ildə Qobu qəsəbəsində yerləşən Qəzənfər Xalıqov adına tam orta məktəbi bitirib və elə həmin il Dövlət Dəmiryolu Liseyinə daxil olur. 2016-cı ildə təhsilini bitirərək hərbi xidmətə yollanır. 2018-ci ildə hərbi xidməti başa vurduqdan sonra, yenidən Bakıya qayıdır.

İkinci Qarabağ müharibəsi zamanı sentyabrın 27-də çağırış gəlib və hərbi xidmətə yollanıb. Qızğın döyüşlər zamanı oktyabrın 8-dən etibarən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan və Xocəvənd uğrunda döyüşlərdə iştirak edib.

O, oktyabrın 21- də Xocavəndin Ərgünəş dağında minaatan mərmisi partlaması nəticəsində ağır yaralanıb.

“Report”a həmsöhbət olan Kamran Ağakişiyev deyib ki, yaralanmasaydı Şuşaya 4 km-dən sonra çatacaqdı. Hazırda Kamranın sol kürəyində açıq yara və bədəninin müəyyən hissələrində qəlpələr var. Müalicəsini ev şəraitində davam etdirir.

Diaspora