Erməni işğalçılarının təhvil verməli olduqları yaşayış məskənlərimizə ziyan vurmasını əks etdirən faktlardan daha biri sosial şəbəkələrdə fotolar şəklində yayılıb.
Fotolardan görünür ki, işğalçılar Ağdam rayonunun Qiyaslı kəndindən çıxarkən mal-qara saxladıqları dağıdılmış məsciddə ot tayalarını yandırıblar. Onlar həmçinin məzarları da dağıdıblar. Onlar hətta məzarlarını da qazıblar.Həmin fotoları təqdim edirik: