Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilinib.
Hazırda Rusiya və Türkiyə arasında monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi başa çatır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib – mərkəz Ağdamda yerləşəcək.“Vestnik Kavkaza” nəşrinin məlumatına görə, Ağdamdan Türkiyə hərbçiləri müqavilənin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparacaq.
Oxu.az