QAZİLER.AZ saytı Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1
(Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib - rəsmi məlumat

