Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ

Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ backend

Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə ortaq nəzarət mərkəzi mövzusunda razılığa gəlib, heyətin sayı hər iki ölkə tərəfdən bərabər olacaq.

“RİA Novosti” agentliyi bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Daha əvvəl Türkiyə Müdafiə Nazirliyi Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq bir monitorinq mərkəzinin yaradılması ilə bağlı Rusiya ilə saziş imzalandığını elan etmişdi.

“Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında 11 Noyabrda imzalanan memoranduma uyğun olaraq, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşdirilməsi və idarə olunması qaydaları barədə razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Ortaq mərkəzin təşkilati strukturundakı rusiyalı və türkiyəli personalının sayı bərabər olacaq”, - deyə Rusiya MN rəsmisi vurğulayıb.

Oxu.az
Diaspora